Tengri alemlerni yaratqanda, biz uyghurlarni NURDIN apiride qilghan, Turan ziminlirigha hökümdarliq qilishqa buyrighan.Yer yüzidiki eng güzel we eng bay zimin bilen bizni tartuqlap, millitimizni hoquq we mal-dunyada riziqlandurghan.Hökümdarlirimiz uning iradisidin yüz örigechke sheherlirimiz qum astigha, seltenitimiz tarixqa kömülüp ketti.Uning yene bir pilani bar.U bizni paklawatidu,Uyghurlar yoqalmastur!

Friday, July 24, 2009

Behruz bəy Həqqi-nın 23.05.09 tarixindəki çıxışı

“Millətlər təcəddüd etmək istədikdə və milliyyətcə mənlik hasil eləmək fikrinə düşdükdə ...dillərindən başlamalıdırlar. Çünki dil bir nöqteyi nəzərdən həmin millət deməkdir.” (M.Ə.Rəsulzadə)

Hörmətli soydaşlarım
Xanımlar, Bəylər!

Güney Azərbaycan türklərinin milli demokratik hərəkatının dirçəlişinin bariz əlaməti olan 22 May munasibətilə böyük millətimi salamlayiram.

21 Azər təşkilatının qurucular və idarə heyəti tərəfindən,
bu konfransi təşkil edən Babeck Bəy Moheany və alireza Bəy naseri, Dilxoş Bəydən Wiesbaden,Heidelberg,Mainz,Darmstadt,Frankfurt Cəmiyyətləindən,xususən ,Doğu türkistan Birligi təşkilainin sədri yazıçı dostum Korash Atahan və Türkiyyəli qardaşlarımızdan və Azərbaycan Federal.Demokrat Hərəkati təmsilçisi dostum Hatəmluidan təşəkkur edib hamiza başarılar arzu edirəm.

Fars-islam rasistlərinin yaratdığı boğuntu və arası kəsilməz
asimilasiya siyasətinə boyun əyməyib milli azadlıq yolunda hər zaddan əziz olan
canlarından keçən ,tam mənada insan haqlarindan məhrum
olan milli siyasi zindanilərimizi xatirlayaraq onlaın qarşısında baş əyirəm.Şəhidlərin və hörmətə layiq Ata-ana və bacı-qardaşlarina öz minnətdərlığımızı bildiririrəm. . .

21Azər təşkilatı, milli- mədəni Siyasi zindanilərimizə azadlığ istəyib
milli hərəkatda haqq bağıran səsləri qanda boğan və onlarin ailələrinə maddi və mənəvi xəsarət vuran caniləri və onların başında duran rasist Rəfsəncani, Xatəmi və Əhmədi nəjadlarin beynəlxalq məhkəmələrdə sorğu - suala , çəkilmələrini millətimizin vaz keçilməz haqqı tanıyırıq.
.
Hörmətli konfrans iştrakçıları

Fars-islam dövlətinin rəsmi orqanı olan “İran” qəzetəsi-2006.ci il
may ayıni onikisində cümə günü
”Nə edək ki böcəklər bizi böcək etməsinlər “başlığı ilə təhqir edici
məqaləsini uşaqlar səhifəsində yaymışdır.
Sonra həmin qəzetdə çap olunan “Çəngiz ölür” məqaləsi ilə bir tarixi nifrət tayasinin alovlanmasina səbəb olmuşdur.

1925-ci ildən buyana , Riza maksim adlı bir Qazaqın Türk düşməni olan imperyalistlərin başında duran İngitərənin qulluq buyunduruğuna fəxr edib və onlarin fars olmayan iran millətlərinə qarşı siyəsətlərini yerinə yetirməyə dəridən-qabiqdan çıxanadək çalışmasına söz verməklə tarixdə bizim üçün yeni bir qara səhifə açılaraq aci günlərimiz başlayir.

Beləliklə Tarixin səsinə səs verib Federal siyasətlərlə “MəmalikeMəhrusə” adlandirdiqlari ölkəni hər sahəli gəlişməyə aparmaq çabasinda olan Türk qacar sulaləsi çeşidli hilə və siyasətlər ilə (milli hakimiyətimizin əldən verməsində və ondan sonraki faciəli taleimizdə bizim siyasi şəxsiyyətlərimizin və ata-analarimizin süçü danilmaz bir həqiqətdir. Bötüv Azərbaycani nəzərdə tütaraq dərs almali bir olaydir.!) yıxıb və bununlada bizim kimliyimizdən uzaqlaşdirmaq prosesi başlamışdir.

Belə bir milli faciənin baş verməsi və bu günədək dəvam tapması nişan verir ki bizim milli şəxsiyyətimiz və türkçüluk öndəri olan Ziya Gökalpın 1911 ildə dediyi bu söz “Bizdə milli şüur və milli vicdan hələ oyanmayib!bizim vətən əxlaqımız hələlik qüvvətli deyil ”biz nəqədər öz kimliyimizdən ozaqlaşdırılmışıq. Məncə bu faciəli durumu aradan gütürməkdən ötrü lazim dir ki özümüzə qayidaq.Bu milli fəxrə əl tapmaq üçün yenədə lazim dır ki bu böyük insanın ideyasına dəyər verib ona əl tapmağa çalışaq”Milli kültür künlümüzün ən yüksəkliyində yer tütmalıdir.Bizim üçün dünya gözəlı milli kültürümüzün güzəlliyindən ibarət dir.”türkçülüyün əsaslari.s.17.” Belə bir şüura əl tapan və mən əminəm ki “Qarabaq şıkəstə”sini eşıdən Türkün gözü qabağında Qarabağın faciəli durumu dağ kimi dayanib və onun qurtuluşuna çalişmağı milli burc saya.Bu yalnız və yalnız milli şiurumuzda inqılab olmalıdır.

Tarixdə Azərbaycan məmləkətinin mədəni və ictimai hərəkatının öndəri sayilan Təbriz yenədə milli şiura əl tapmaq çabasını dünya demokratlarinin və dünyaAzərbaycanlılarin qəzəvətinə qoymüşdür.

Təbriz universitəsinin şərəfli igid oğlan və qızlarının tarixi milli zülmlərdən boğazlarında düyünlənmiş nifrət və kül olmuş arzularinı dilə gətirərərək ayağa qalxmışdırlar. Beləliklə Fars-islam quldurlarının uzun surən qanli-qadağali hakimiyyətində birinci dəfə olaraq geniş bir “milli kimlik haykırtısı” ictimai bir vulkan kimi , dünyada səs salmışdır.

Bu ölüm-dirim savaşında ölməmək uğrunda Avropa yönlü mədəni mübarizəyə əl vuran Azərbaycan Türkləri “Haray haray mən türkəm” səsi ilə öz mili mədəni varlığının müdafıəsinə qalxmışdırlar.Eşq olsun bu dirçəliş günlərində gecəni gündüzə qatan və o hərəkatdən müdafiə edən Tv,sait,radiyo və şairlər və yaziçilarimiza.

Minlər il hakimiyyətdə olaraq bir millətin milli kimliyinə,din,dil,qələm,vicdan azadlığına təcavuz etməyən Türklər,bu gün 84 ildir ki çeşidli basqılarla mədəni qirqin ilə əlbəyaxa qalıblar.Bu acı təcrubə yenədə nişan verir ki Türkün ,türkdən başqa dostu yoxdur.

Azərbaycan tarixində böyük etkisi olan və rus imperyasının ölkədən eşiyə tullamaqda özünün Türk iradəsını göstərən Ə.Elçibəy güneyin,faciəvi durumu haqda danişarkən aci həqiqətləri belə dilə gətirmişdir.

Böyük filesofların fikrinə görə ,əgər bir millət öz dili uğrunda mübarizə aparirsa,demək , ən ağır və gərgin vəziyyətdə dir.Çünki dil uğrunda mübarizə ölməmək uğrunda mübarizədir. Demək , biz bu gün hələ qələbə uğrunda yox ,ülməmək uğrunda mübarizə aparırıq ...yəni , millət hər bir şeyin itirmişdir və ölüm ayağında yalniz dili qalıb. Dili də itsə ,tamam məhv olub gedir.”Ə.Elçibəy.bütöv Azərbaycan yolunda .s.224 Hörmətli soydaşlarİm
22May kimi möhtəşəm və tarixi bir dirçəlişi bir satqın qələmin irgənc etkisi
damğasını vurmaq Türkun tarixi mübarizəsinə biganəlik deməkdir.
Siyasi,xadim S.C.Pişəvəri öz siyasi və milli təcrubələrini nəzərdə tutaraq
yazirdi:
”Tehranin satqın və xain ruznaməçiləri o qədər alçaq,o qədər
kəsif adamlarddir ki öz muxaliflərinin qabağına yalan ,iftıra
hərbələrilə çıxmaqdan pərhiz etmirlər .”
Bunlari nəzərdə alaraq görürük ki belə-belə damğalar düşmənin taninmiş siyasəti dir.

Bu ayağa qalxmağın tarıxı nədənlərini bilmək üçün gərək təcavüzə məruz qalan bütöv Azərbaycanın keçmiş və bu günki durumunu araşdırmalıyıq
.. 22May dirçəlışı, ,Erməni işğalçılarının soy qırımına məruz qalan Urmu,Xoy,salmas və dilməğanlıların,,
1920 ci ildə silahli müdafiədə şəhid düşən Xiyabaninin ,1946-ci ilddə
bolşevik donuna bürünmüş rus imperyasının xəyanətindən silahı əlindən alınmış və fars rasistlərinin qan tökən və rəhmsiz ordusunun əli ilə şəhid olmuş 30min demokratların,İşğal olunmuş yurdunda “nə edim ,haraya qaçım” halına düşmüş , lulqəmbərlərin cinsi təcavuzuna, təhqırınə məruz qalan məsum qız, qadın və gəlinlərimizin, Azərbaycanın damarlarda qanı donduran qış ayında buzlar ustundə sahibsiz qalan cənəzələrın, lompen ordunun qarətində Tehrana aparilmış xalçanın içində tapılan qondaqdaki kurpənin,qaçqin düşən atalarin üzünə həsrət qalan və bu günədək yollara tikilən yurğun güzlu balalarinin, Erməni İşğalçılarinin əlində əsir olan ana vətənin , təcavüz , əsarət və vəhşılıyinə məruz qalmayım deyib öz körpələrilə birlikdə cüşğun çaylara pənah aparan ,sıldırım qayalardan atılmaqla Qarabağ qadinlarinin hay-harayi və intiqam marşı idi.

Təbrizin “vətən vay!” bağırtısı və “Haray-haray mən türkəm!” haykırtısı hər bir vicdanli türku milli kimlik müdafiəsinə səfərbər edirdi: Bu milli güc və türk iradəli yeniyetmələrin haq bağıran səsi onlarda olan tarixi və ictimai şüuürun bariz ornəyi idi. Keçmişı gələcək üçün çırağ edən 1 xordadçılar bu tarixi ayağa qalxmaqla çox sadə surətdə Milliyətin nə olduğunu da öz şüarları ilə aydınlaşdırmışlar.

Türkçuluk hərəkatının ən başlıca simalarından biri və türkçülük ideologiyanın tarixçisi sayılanYusuf Akçura yazır:
“Hər qövm və hətta hər qəbilə, digər qövm və qəbilələrə qarşı öz fərqli xüsusiyyətlərini duymuş və əksərən özünün üstünlüyünü iddia etmişdir”
“Haray-haray mən türkəm!” şüarı bir millətin hansı mədəniyyət, hansı dil və hansi milli psixologiya ilə başqalardan fərqlənməyini bildirmək manifetti dir.
22 may bildırmışdır ki:
Keçmişin, kimliyin bilirsə cavan
Olar haqq aşiqi, sarsılmaz insan.

Məmləkətımızin baş kəndi Təbrizin “Haray,harah mən Türkəm ”səsi ağır yoxuya gedənlərə xitab göylərə vəlvələ salmışdır:

Nə deyim haraya gəl,
Hardasam, oraya gəl.
Vətənin bağıranda
Sən də bir haraya gəl!
Ciluvluq, Şeyx Əbidulla adlanan milli qırqınlarından yüz minlər itkin düşmüş şəhidini dərdli bağrında saxlayan Urmu hay verirdi:
Biz Urmiyə xalqıyıq
Babəkin övladıyıq.
Babək yenə də düşmənin yaratdığı sədləri qıraraq mili bir qəhrəman kimi Güney Azərbaycan və başqa türkləri ruhlandıraraq onlari tarixi məsuliyyətlərini yerinə yetirməyə yönəltirdi.

Sulduz tarixdə yeni bir səhifə açaraq öz qəhrəmanlığını əbədiləşdirib, əli-yalın, amma qorxmaz türkə ürək-dırək verirdi:

Mənim dilim ölən deyil,
Özgə dilə dönən deyil.
22 may hərəkati bu şüarla Şəhriyarımızın Milli şərafətimiz olan ana dilimiz haqqında şerini dillərə salmışdır:

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Bu əsarətə boyun əyməyən türku özünə qayıtmaq, öz gücunə söykənərək sonsuz gücə malik olmaqa bir çağırış idi.
22 May hərəkatı belə bir fikiri ortaya atmaqla Bir tərəfdən Qasprali İsmayıl bəyin 1883-1914-cü illərdə 32 il “Tərcüman”da yaydığı “Dildə, fikirdə, əməldə birlik” işığına üz tutmaq və o bırı tərəfdən də Türkçuluk ideyasını yayanlardan olan Əlibəy Hüseynzadənin “Bir millət üçün hər şeydən öncə arzu ediləcək şey qüvvətdir” kimi milli düşüncəni bayraq kimi ölkəmizdə göylərə qaldırmaq idi.

Milli qovvəmizi layiqincə təmsil edən
Təbriz, Urmu, Xalxal, Sulduz, Ərdəbil, Sərab, Əhər, Muğan, Xiyav, Xoy, Mərənd Tufarqan-”Azərşəhr”, Binab, Qəzvin , Salmas, Qoşaçay, Əcəbşer, Qom, Savə - Ərak şahsevənləri, türkmən səhra və Xorasan türkləri :
“öldü var, döndü yox” şüarilə neçə yüzillik tarixi olan kimlik mubarizəmizi dillər əzbəri etməklə rasisti rejimin zığli ürəyinə vəlvələ salmışdılar....
Sanki min illərdən qalan türk impatoru Bilgə xaqan daşlaşmış sözlərini və göstərişlərini xatırələrdə canlandırmaqla pərən-pərən olunmuş ulusumuzu özünə qayıtmağa çağırırdı.
* Ey türk oğuz bəyləri! Türk xalqı! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə, bil ki türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüklərinə layiq ol! Ey ölümsüz türk ulusu, özünə qayıt. Sən özünə qayıdanda böyük olursan (“Bilgə xaqan” abidəsi”, 673-732)

Əyziz soy daşlar!
22 may rasıstlər tərəfindən salınan Tülkü sovruğunda danilan tarixi gərçəklərin sıbuti idi”
Rus imperyasinin Tehranda olan səfiri Qriboyedov ki sonralar xalq tərəfindən doğranıldı- Peterburqa göndərdiyi hesabatda -”guzariş”də yazırdı: ”Bu xalq birdir və özünü Türk sayır. Biz ya Azərbaycanı bütövlükdə işğal etməliyik, ya da”onu parçalayıb Arazdan şimalda yaşayanlara “ Oğuz”,yaxud “tatar”adı qoymaqla onları bir-birindən ayırmalıyıq.”

O başqa bir hesabatda imperya xeyrini nəzərə alaraq “Türk”adının yerinə ölkənin adına uyğun yəni “azərbaycanli” adlandırmağı təklif edirdi.”(Ə.Elçibəy. Bütöv Azərbaycan yolunda s.4-5)
Türk-Qacar dövlətinın rus impeyasının Azərbaycan topraqlarını işğal etməyinə qarşı maharibəsi 1801-1813 il oktyabrın 12 -dək qanli savaşı”Gülüstan ” və 1826-cı il iyulun 16 dan 1828-cı il 10 fevral”ınadək “Türkmançay” müqaviləsinin təhmil edilməsi ilə sona çatmış idi.
Tarixi araşdırmalar nışan verir ki, bu günədək Rusiyədə müxtəlif İdeologiya və çeşıdli iddialarla dövlətlər imperya siyasətini hər zaman həyata keçirdib və yenə də idamə verməkdədırlər. Keçmışımızə qısa bir göz dolandırmaq məncə yersiz olmaz.

1925-ci ildə Türk Qacar sülaləsinin fars əlinə keçməsi, 1918- 1920 illərdə M.Ə.Rəsulzadənin başçılığı ilə Şərq ölkələrində yaranan birinci mili demokratik dövlət, 1920 ci ildə Şeyxməmməd Xiyabani hərəkatı, 1945-1946 – ildə S.C.Pişəvərinin başçıliğı ilə yaranan milli hökümət rus imperyasinin və qırmızı imperyanin xəyanəti nəticəsində qanda buğulubdur.1990-ci ild qanli yanvar faciəsi, 1991-də Xan kəndi, 1992 -də Xocalı soy qırımı, Şuşa, Laçın, Xocavənd,1993 -də Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayil, Füzülı, Qubadlı və Zəngilanın Erməni işğalçilarının əlinə düşməsi yüz mindən artiq şəhid və 1 milyondan artıq Azərbaycan Türkünun qaçqın hala düşməsi və bu günədək vətənimizin %20 sindən artığı işğal altında qalması Rus və fars -islam rasistlərinin iş birliyi və xəyanəti nəticəsindədir.

Ulu babası Urmudan olan və Şərqin böyük və adlım siyasi xadimi tanınan N.Nərimanov 1899-cu ildə ”Türk- Azərbaycan dilinin müxtəsər sərf nəhvi”, “müəllifsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan lisan ” ,”türk oxucuları”,”Azərbaycan türk teatrosu” “Türk tələbələri” kimi məqalə, kitab yazəb və Türk termınını işlətməkə başlayir.O bir milli sulçi şəxsiyyət kimi bolşeviklərin Azərbazcana istiqlal vədəsini verib və sonra tüpürduklərini yalamaqlarını, Azərbaycan Ərazisini öz dədə malısı bilib Erməni təcavuzkarlarina bağışlamaqı, Azərbaycanda rus dilli məktəblərinin hətta Azərbaycan məktəblərindən artmasına etiraz edərək yazırdı:
“Əziz Vladimir iliç, məgər “Müstəqil Azərbaycan” sözü sizin dilinizdən çıxmamışdır?”
və ya:
“Mərkəz Azərbaycanın mübahisəsiz ərazilərini Ermənistana verir.....bu əraziləri Ermənistana, daşnaklara vermək dözülməzdir.”
Bu milli şəxsiyyətımizdə yüzlər nəhəng milli sulçulat kimi öz haqli etirazlarının qorbani olur. Balaca diqqət edirsək görürük ki 22 may hərəkatı da başqa ayağa qalxmalar kimi nə göbələk kimi birdən-birə yerdən çıxib və nə birdən birə göydən düşübdür. Bu keçmış mübarizəmizdə baltalanmış çınar ağacımızın gövdəsindən yeni cücərmış zuğdur.
22 May Bu milli şüurumuzun tarixdən gələn səsi və güzgüsüdür.
İrqçilarin yaratdığı cəhənnəmin milyonlar qurbanisindən biri olan böyük şairimiz Sahirin çağırışıdir:

Bu faciələrə yaxindan şahid olan siyasi şəxsiyətimiz H. Əliyevun1991cı il Dekabr ayinin 16 sinda Nəxcuvan Respoblikasi ali məclısının sədri olan zaman, yer kurəsinin yarisindan çoxunu aldadıcı təbliğat və qorı şüarlarla dalısıca çəkmək hünərinə sahıb olan Savet adlanan dövrdə başı bəlali A.Türk rmillətinin aci taleini tam sədaqət və şücaətlə belə dilə gətirmişdir :
“Savet İmperyası tərkibinə qatıldığı 70 ilərzində Azərbaycana qarşı müstəmkəçılık siyasəti yeridilçış,Azərbaycan xalqı təqiblərə və kütləvi cəzatədbirlərə məruz qalmışdır.
İmperya siyasəti dünyaAzərbaycanlılarini bir-birindən təcrid etmək məqsədi ilə pantürkism məfhumunu şərq aləmində təhlukəli bir ideya kimi təqdim edərək,dünyada və sqavetlər ittifaqında yaşayan türk dilli xalqlar arasinda əlaqələrin məhdudlaşməsına ,kəsilməsınə cəhd güstərmişdi.Bu siyasətin təzahuri kimi sərhəd çəpələri Azərbaycan xalqını parçalamışdir.Bütün bunlara baxmayaraq Azərbaycanlılar milli dövlət,milli və mənəvi bütövluk,mustəqillik uğrunda mubarizəni dəvam etdirmışlər”.

22 may haykırtısı bizim pak və təmiz arzular la ölümün güzünə dik baxan iradəmizə baxmayaraq yanliş yolumuzdan dərs alan yeni yetmələrin tarixdə yazdığı bir milli oyanəş ,dırçəlış səhifəsidir.
22 May Qələmindən bir sılah kimi millətinin hüqüqündan müdafiə edən şair və yazıçılarımızın millətlə çiyin bəçiyin “haray vətən!” himi ilə səngərlərin fəthı dır:
“Yenə”türkəm&rdq uo;demişdi-
Sındırmamışdı onu
nə kurşun səsləri
nə yırtıcı saldırıları
nə kələpəcələr,
döymələr,
işkəncələr
və nə ədalətsiz yarqitaylar,
cəllad qazılar,
dustaqlar,
nələr və nələr
sındırmamışdı onu.
Yenə “türkəm ”demişdi. (H.səfəri, Bir insan döyüşür.s.31).
Bu ayağa qalxmağın mahiyyəti 1356-cı ildə Pəhləvi diktaturasının məhv etməsi üçün ilk addım sayılan 29 bəhmənlə yerdən göyədək fərqli olmağına baxmayaraq, Tehran rejiminin, türkün başına börk quymaq niyyətılə dilə gətirdiyi hədə-qorxu və aldadıcı sözlər bir mahiyyət daşıyırdı.
Rasisti siyasətə öndərlik edən Rəfsəncani bir təsbeh fırıldaqla Qəhrəman türku aldatmağa can atırdı:
“Azərbaycan hər zaman İran xalqının Fəxri olubdur”(Tehran mətbuat konfransı)- şarlatanizm adli siyasətin o biri üzü idi.

Sayın soydaşlarim!
Bu rejimin xəyanəti yalnız insanları diri-diri daşqalaq etmək, əl-qol kəsmək, yol üstündən, evdən oğurlayıb yox etmək, çağdaş teknologiyadan insanları cəmi dara çəkmək və ikicanlı gəlinlərimizi evdən çıxardaraq işkəncəgahlarinda işkəncə vermək, bakirə qizlara təcavüz edəndən sonra öldürmək və ...milli abidələri “ornək olaraq Təbrizin möhtəşəm Ərk qalasını və nadir tikintilərdən olan Balabağ teatr binasini və.. s. yıxıb viran etmək, milyardlar dəyəri olan Sungurun mis mədəni və...s. daşıyaraq Azərbaycanlını ac-yalavac qoyub öz milli mənəviyatını çeynəməyə məcbur etmək deyil. Bu şovinisti sistimın, unudulmaz xiyanəti 35 milyun türku milli kultur,kimlik və milli tarixdən məhrum etməklə bir şanli -şərəfli milləti asimiliya xətəri ilə üzbəüz qoyaraq tarix səhifəsəndən silməkə can atmasidir .

Bu şüura əl tapmaq rejimin bu günədək etdiyi xəyanətləri başa düşüb dərdinə çara tapmaq anlaminda idi.
Türklərin ən çoxu yerləşən Tehranda rejimin rasisisti siyasətlərinin örnəyi olan “İctimai fasilə”adlı sorğu anketlərin yayılması bunların demokratik və mədənı yaşamla nə qədər düşmən olduqlarını və “vəhdət milli !!” kimi aldadıcı şüarlar altında bizim milli varliğımızi tarix səhifəsindən silmək kimi hədəflərini bir daha göstərmiş oldu.

22 may Millətlər arasinda nifaq yaradib “Ayir-büyür” siyasətini aşkara çıxartmaqla Ərəb,Bəluş və kurd xalqlarının həmrəyliyini qazana bıldi:
22 may da Türkün ayıq-sayıq yeniyetmələrı ölkədə yaradılan işsizlık və qızıl üstə ac yatmağ davasi etmirdi . Millət qurtuluşunu Dövlətlərin əvəz olmasinda və “Əkbərin gedib, məməddin gəlməsində yox,bəlkə İstiqlal savaşında görürdu .

Millət bu gün öz milli inkişafına mane olan siyasi sistimin aradan gütürülməsini və onun yerində mustəqil, çağdaş, demokratik dövlət yaratmaq üçün mübarizə edirdi.
Millətin kimliyini göstərən və millətlər arasında onu başqalarından ayıran və yerinı bildirən vətən dilindən mudafiə edirdi.

Dünyada modern teatrın təməl daşını qoyan və adlım Gabriel Garsia Markesin özünə öndər saydığı Dr. Qulamhüseyn Saidi(1314 -qışın birinci ayi Təbriz-1364.23.noyabr-azər Paris.)nin 1983-ci ildə “İranşəhr “ ilə danışıqda dilə gətirdiyi milli-insani dərdin meyvəsidir:
“Azərbaycan Türk dillisi olan mən, məcburam farsca yazam..buna görə məcburam ki, dilim yasaq idi. Bu yaşda özümü kimliksiz hiss edirəm. Mərkəzi hökümətlə savaşın və mübarizənin kökı-əsli ...kimlik ələ gətirmək mübarizəsidir.”

Milləti təmsil edən 22 May deyirdi:
Sizin utanmazcasına “xırda fərhəng!”li adlandırdığınız Azərbaycan türkləri tarix boyu sizi geriçilikdən, vəhşilikdən üz döndərib, çağdaş elm , mədəniyyət və qanuni dövlətçiliyin nə olduğunu başa salmaq üçün minlər siyasi və sosyal kadr və xadimlərını şəhid versə də, siz bu gün onun analar oxşarı olan ana dilini kəsib, radyo-tv də təhqir edici programlarınızla və rus imperyasının əl qolçağı olan erməni işğalçıları ilə birləşib Azərbaycana dirsək göstərməkdə dəri-boğazdan çıxmaqla türkun fədakarlıqlarına cavab verirsiniz. Tarix sizi heç zaman bağışlamayacaqdır!
türk iradəli övladlarımız sizin bu kimi nankorluğunuzun acı meyvəsini sizə dadizdıracaqdır.
Günəşə inandığım kimi bu tarixi gələcəyə inanəb bir əsgər ki 22 May səngərində olmağıma güvənırəm.inaniram ki Sizin duz yeyib duzqabi sındırmağınız türklər üçün tanınmış bir tarıxı təcrubədir.

Daha sizin bu uydurmalarızın zamanı keçmişdir. Biz milli-mədəni mübarizəmizdə zaman istəklərinə cavab verən, mubarizə yollarını seçıb işə aparmağı öz haqqımız bilərək milli mədəni prosesi davam verməliyik.

Mədəni qanunları ayaq altına salanlardılar ki, çox keçmədən tarixin zibilliyinə tullanacaqlar. Bundan sonradır ki, Türkun tarix boyu istədiyi və əməldə nişan verdiyi millətlər arası dostluq tam həqiqi anlamilə həyata keçəcəkdir. Bu bizim milli mədəni və demokratik hərəkatimzın və tarixi dövlətçiliyimizin mahiyyətindən asılıdir.

Bir millətin dilini kəsmək, onun tarix səhifəsindən silmək və o millətin övladlarından nənəsinin əmcəyini kəsməyə və milli muqəddəsatını məhv etməyə fəxr edən,şəxsı qazanc üçün hər bir xiyanətə əl vuran Manqurt becətməkdir.

Hörmətli xanımlar,bəylər!
Dili yalniz ünsiyyət vəsiləsi kimi tanıdan rasist farslar bizim ana dildə yazılan balaca dukan tablularını bağışlanmaz suç bilib və belə cəsarət göstərənləri var-yoxdan çıxartmayınca əl çəkməyirlər.

Rzaxan Maksımdən başlanan türk ziddiyətinin arası kəsilməz dəvami çeşidli formalarda bir gün cəsarət edib öz dukanin adını “Adı gözəl meyvə suyu ” qoyan insani var-yoxdan çıxartmaqda, bir gün ata-ananin öz korpəsinin adını türku qoymaq cürmünə surğu-suala çəkilməkdə görmək olar.
Dil bir millətin milli bacaracağının, milli ruhunun, milli tarix və mədəniyyətinin bariz sübutudur.
Dilini qoruyub saxlaya bilməyən millət milli varlığını əldən verərək mənəvi varlığa biganə olur. Öz ana yurdunda ayağının altını boş hesab edir. Fars-islam rasistlərinin ərməğanı olan bu duyğulari milli zulmə məruz qalan hər bir milli yazıçi, şair və hünər xadimlərinin əsərlərində görmək olar.
Fars-islam rasisti sistemin başçısının hədə-qorxusu və ilə ...başlanan İran-İraq savaşının hər bölğəsində bizim on minlərlə qəhrəmanlıq göstərib şəhadətə yetişən igidlərimiz olsa da,bu gün hakim millətdən barmaq sayı bizimlə havadarlıq edən axtarmağımız kor gözdən yaş ummaq kimidir.

Milliyət ruhunu yayan və milli istiqlal üçün verdigi qanların əvəzinə sürgün olub və müstəmləkə halına düşən quzeyi ruslar ” Qızıl Azərbaycan” və milli hakimiyyətini əldən verən və ölkəsi ilə yanaşı milləti də bütün sahələrdə ğarətə və haqsızlıqlara məruz qalan 35 milyunluq güneyi Fars rasistləri quyruqları qapı arasında qalan zaman “İranın başı”adlandırırlar. 35 milyon milləti ana dilindən məhrum qoyan və onun hər bir milli haykırtısını “pantürkist” və “bulucu” damğaları ilə qanda boğanlar bilmədilər ki bu kimlik savaşına candan maya qoyan millətimizi heç bir damğa və qırğın bu milli əzmindən döndərə bilməyəcəkdir.

Elə bu nədənlərdən idi ki, tarixi təcrübələrdən dərs alan türkun övladları İran adlanan zindanin hər bucağından təəssüflə deyirdilər:

Hayıf ki biz sizi qardaş bilirdik!
Millətımız tarix buyu özünün varlığını isbat etmək və bəşəriyyətə aid olan kitaba öz damğasını vurmaq üçün arası kəsilməz bir savaşa inanıbdir.
Onlar biliblər ki, quyruğu uzun olan dünyada tarixi göz yaşı ilə yox, bəlkə poladla, vətən azadlığı yolunda verilən al qanlar ilə yazmaq lazimdır.
22 May “Xordad ayağa qalxması” onu birliyə, dirənişə çağıran tarıxın səsinə ayıq-sayıq olmağının bariz örnəyidir.

“Haray-haray mən türkəm”i dilə gətirən millətımız, kimliyinin onurğa sütunu olan dilinimızı şovinistlərin əritmə siyasətinın zəhərli caynağından azad etməkı və Avropa yönlu yaşatmaq üçün hər bir çətinliklərə ğalıb gəlmək inamini əməldə belə güstərmışlər.

M.Ə.Rəsulzadənin millətlərin milli inkişafi haqda sölədiyi elmi nəzəriyyə demək olar ki 22 may hərəkatının ictimai-siyasi mahiyyəti ilə üst-üstə düşür.

“Millətlər təcəddüd etmək istədikdə və milliyyətcə mənlik hasil eləmək fikrinə düşdükdə ...dillərindən başlamalıdırlar. Çünki dil bir nöqteyi nəzərdən həmin millət deməkdir.”
22 mayda heyrət edici “kimlik- milliyət” kimi mühüm və əsaslı istəyin ortaya qoyması tariximizin nadir olaylarindan ən onəmlisi dır. Bu tarixi olay keçmiş yüz ildə başımıza gətirilən bəlalardən qan bahasına əldə edilən tarixi ,milli şüurdur. Bu tarixi olay,bir sönməz məşəl kimi gələcəyin mubarizə yolunu işıqlandıracaqdır. Bu məşəl düşüncəli şərif türkun can yağı ilə elimizin obamızın və millətimizin yolu üstə sancılıbdır.

Fars-islam rasistlərinin hakim etdigi qaranlığın köksünü yaran bu işıq zərərin yarısından qayıtmağı qazanc bilən və keçən 30 ildə bütün çətinliklərə göz yumub gizli surətdə arasi kəsilməz bir mədəni inqilab edən çalişqanlarımıza borcludur. Bu çalışqan türklər çeşıdli sinfə və düşüncə lərə sahıbı olmağa rəğmən milli bir ideolugiya ilə milləti təmsil etmişdırlər.
Onlar beləliklə milli öndər S.C.Pişəvərinin 1945-ci ildə bu tarıxı sözünü həyata
keçırmışlər: “Bizim hökümətimiz demokratik hökümətdir,bütün təbəqələrin höküməti dir. Qoy ruhanilər,tacırlər və butun təbəqələr əl-ələ versinlər.”

Bu birliki yaradan milli şəxsiyyətlərimiz “...Yandı var, söndü yoxdu”nu sözdə yox, bəlkə sındanın və hətta ondan da ağır olan gündəlik yaşamin ən çətin və rəhmsiz günlərində də nişan verib və imtahandan başı uca çıxmışdırlar.

Eşq olsun 22May da türk iradəsını nişan verən böyük millətimizə. Eşq olsun gələcəyin milli ata-analari olan gənclərimizə ki islam cumhuriyyətinin qan tökən, evləri yıxan günlərində ömürlərini bu fəxr edici milli yolda keçirdib və bu gün milli musiqi, şeir və nəsr, teatr və başqa sahələrdə özlərinə layiq ad və san qazanıbdır. Belə insanların hansı bir yiğvada olmaları milli yolumuzun canli təbliğatına yardım və şərəfdir.

Ana Dili vətən dilinin inkişafina bir qısa baxış



Dəyərli xanımlar, ağalar!

Millətin gəlişmə, təcəddüdündə öz ağalığının itirməsini görən Fars rasistlərı keçmış 84 il də tarix boyu mədəniyyət və çağdaş elm və sənətə can atan millətimizin bu insani istəyinə əngəl olublar. Azərbaycanın iki parçaya bölunməyinə baxmayaraq tarix boyu milli-mənəvi birliyini,dildə,fikirdə,əməldə birliyini qoruyub saxlamışdır.Nə isə tarixi olaylar,Azərbaycana düşünən və onun istıqlaliyəti yolunda hər bir fədakarlığa hazır olan vətən sevərlər güneydə fars və qüzeydə rus irqıçılarin əli ilə maharibədə, zindanda və ya Sibir, Brazcan və Bəndərabbas sürgünlərində can verməyə məcbur olunmuşdurlar. Amma bunlara baxmayaraq millət sevər yazıçı, siyasi xadim,şair və incəsənətçılər türk iradəsinə dayanaraq öz milli borclarini yerinə yetırmışlər.

Rusların tarix boyu və o cümlədən məşrutiyyətdən bu yana bütöv Azərbaycanin inkişafı qabağında maneə törətmədə fars irqıçilari ilə birgə çalişıblar.millətə ana dildə oxumağı yasaq edərək,onun gəlişməsinin qabağınıalmağa çalışmışdirlar.örnək olaraq Azərbaycanın milli şairi “Əlabbas Müznib”i yalnız aşağıda ki bir beytini qeyd itdiyimiz bir ictimai həcvə üçün ömürluk Sibir buzlaqlarina sürgün edilir!
İllərcə qul olan millət necə etsin qiyam?
Haqqını almaq üçün elmlə munis olmasa?
Amma özünü millətin ovladi bilən insanlar milli borclarini yerinə yetirmışlər.
“1908-1912-ci illər arasında “Türk yurdu” ,” Türk bilgi dərnəyi”,”Türk ocağı” kimi cəmiyyətlərin yaranmasında Yusuf Akçura ( Zaravand kimi erməni müəllifləri və bəzi şovinist rus alimləri Akçuranı pantürkizmin və panturanizmin banisi adlandırmaqla onun guya dünya türklərini vahid dövlətdə birləşdirmək istədiyinə işarə etmişlər) Ə.hüseynzadə, /Əhməd Bəy Ağaoğlu, Ə. Topçubaşov, Q. Qarabəyov və... mədəni türkçülüyün prinsiplərinə dayanmışdır”. (”Türkçülüyün tarixi”. Ön sözün müəllifi A.kəngərli, elmi redaktor.D.Fəthi Gedikli, Bakı, 2006).
üstə adlarin apardığımız şəxsiyyətlərdən başqa Türklərin milliyətçiliyinin oyanmasında,dirçəlışındə qüvvətlənməsində, siyasi,mədəni çalışımalarda və xususən təşkilatlanmalarinda böyük rol oynayan şəxsiyyətlərimiz ,Akçuraoğlu Yusuf, Həsən bəy Zərdabbi, İsmayil bey Qaspıralı,Əli bəy Hüseynzadə,bəy Ağaoğlu,Əlimərdan bəy , Ziya Göyalp,Məhəmməd Əmin Rəsulzadə,Məhəmməd Əmin Yurdaqul,Ənvər paşa,Mustafa Kamal Atatürklərdən də ad aparmaq yerinə düşərdi.lBunlar hansi ölkədə yaşamaqlarindan asili olmayaraq bütün türk dünyasina fikirləşib və onlarin qayğısına qalmağı bir prensib saymışdırlar.
Anadilinı işlədərək, onun gəlişməsinə çalışmışdılar.

Dil var ikən gəlin lisan, deməyək,
Döndərib farscaya zəban deməyək .(“Ə.nəzmi. Molla Nəsrəddin.n.5. il.1927”)
Turkçülüyü mədəni gəlişmənin təməl daşı bilən və əcnəbi dildə yazıb-yaratmağı öz milli kimliyinə xəyanət sayan “Qəmküsar” farsca qırıldadanları acı tənqid edirdi:
“Şəlalə” ilə də çox vuruşduq biz,
Yoxdu bu jurnalda türk dilindən iz.
Yarı ərəbcə idi əşar, məqalə
Gülmək lazım idi bu qəmli halə.
M.Ə.Rəsulzadə özünün sanballı əsərlərindən olan “Bolşeviklərin Şərq siyasəti(.s.112-113)adli əsərində bir tarixi-milli olayı yazmaqla ana dilinin nə olduğunu və önəmini göstərir. O türk dünyasinin böyük şairi Füzulunun tarixın istəyinə ses verməsini və ana dildə “Leyli və Mənun ”kimi şah əsərın lərin yaranmasini türkçuluyun ilk addımlardan sayır.
“ Türk Dünyasının şöhrəti şairinin öz dili ilə belə bir ornək verir:
“Dünya tərkibi ilə insan növunun ən böyük cüzi olan türkün ” başqa dildə yazılan “məqtəl”lərin dərkindən məhrum olduğunu görərək çarə yolu axtarmağa və düşünməyə başlayır. Bunun üçün Ali-əba matəminin lüzumu zəbani-hal ilə (Mən xaksarə) çıxışdı və yaxamdan tutaraq dedi:
“Ey Kərbəla şahının süfrəsindən bəslənən Füzuli, nə olar bir fərz icad edəsən və Türkcə bir məqtəl “şiə ədəbiyyatinda bir səbk- şəkil” yazasan, ta ki, türk dilli fəsihlər də onu dinləyərək faydalansınlar . Bu xüsudda artıq ərəbcə ilə əcəmcəyə möhtac olmasınlar”. ”Füzuli “Hədiqətus-süəda”ni türkcə yazaraq demək olar ki tarixi türkçuluyun təməl daşını qoyanlar sırasında yer alır.
Füzuli bu tarixi addımın nişanəsi olan əsərin başlığında belə yazır :
Ey feyz rəsani- ərəbü əcəm,
Qıldin ərəbi əfsəhi-əhli-aləm.
Etdin Füsəhayi-əcəmi isa -dəm,
Mən türkzəbandan iltifat eyləmə kəm!

Böyük sərkərdələr, şairlər, rəssamlar yaradan, Səfəvi dövlətinin ana yasası türk dilində yazılmışdır. “Xətai” ləqəbi ilə adlanan böyük sərkərdə və şair öz sarayını “türk ədəbiyyatının yaradıcı ocağı və akademiyasına çevirmiş idi. ”

Səfəvi sarayının rəsmi dili olduğuna görə dünya diplomatları və dövlətləri öz məktublarını türkcə yazırdılar. Türk dilli şairlər, Şah İsmayıla “Türki-tacdar”deyirdilər. “Tüfeyli”ayaması- ləqəbi ilə tanınan hürufi şair yazırdı:
“Haqq bilir, budur sözüm, gər yüz gedərsə başlar,
Qılmazam, vallahi Türki-tacdarın tərkini !”
Türkiyədə məşrutiyyət və hürriyyət hərəkatindan ilham alan Azərbaycan türkləri, milli qurtuluş fikir toxumunu səpməyə can atdılar. “Azərbaycan milli qurtuluşu tam fədakarlıq və inamla canlandırsa da ” bu canlanma hərəkatı başda daha ziyadə dini -siyasi fikirlərin təsirində qalırdı. O dərəcədə ki, türk dili, türk qəzetəsi və türk Teatrosu deyiləcəyi yerdə “Müsəlman dili”, “Müsəlman qəzetəsi” və “Müsəlman teatrosu” deyilirdi. Fəqət milli oyaniş cərəyanı getdikcə təbii məcrasını bulur, Milli müəssisələr kimi Mətbuat da milli mədəniyyət motivlərinə keçir.Türkiyədəki məşrutiyyət hərəkatı üzərinə gəlişmələr”xüsusən cavan türklərin xaricdəki mucadilələri - milliyətçilik və türkçuluk cərəyanı Azərbaycanda əkslər yapır və nəticədə türk milli şüuru xalqın bütün təbəqələrini bürüyür.”

Xanlığın baxma donu qırmızıdır,
O boya, el- obanın al qanıdır!
O bizim varlığımızla dögüşər,
O bizim şerimizin düşmanıdır...
Bizdə yad kabusu, bax kölgə salıb,
Bu ölümdür, bu ölüm kölgəsidir!
Yad dili olsa da xoş səslı yenə:
Bızcə ərbab səsı, cəllad səsidır...
Dil bir millətin kutsal saydığı varlıqdır. Dil də mif kimi soy- kökdən qalan mirasdır. Dilin törənişi də hər bir millətin ilkin dövranlardakı dünya görüşü kimi bəşəriyyətə aid olan dəftərdə qeyd olur.


Bunların yaranma tarixi millətin tarixi qədər əski dir.
Savadsız mollalıq edən manqurtların boşboğazlıqlarının əksinə, dil, mifuligiya heç bir başçının və ya ağsaqqalın istəyi əsasinda seçilib mənimsənilmir. Bəlkə bu kimlik hər millətə tarixin, çevrənin bağışladığı bir varlıqdır ki , millət onunla tanınır və onunla qürur duyur.
Hörmətli xanımlar və bəylər!

İnkişaf etmiş ölkələrin bilim adamları və o cumlədən Şərqin mili günəşi hesab olan Türkçulər, siyasi xadimlər, dilı ”millət”anlamında bilib və siyasət meydanında ona ana hədəf kimi baxıblar.
Pişəvəri 1945-1946-ci ildə ölkədə yaranan yüzlərlə silahlı fitnələrə, rus imperyasının qırmızı donlu təmsilçisi olan bolşeviklərin daldan vurulan xəncərinə və Amerika, İngiltərənin modern silahlarla quduzlanmiş fars ordusunun qana susamasına baxmayaraq ana dildən mudafıəni ana hədəf və isterateji sayaraq deyirdi:
“Bizim nehzətimizin milli xasiyyətindən birisi dil məsələsidir. Biz indi hər cur güzəşt etsək də, dil məsələsində güzəştə keçmərik. Siyasi mubarizədə dal-qabaq getmək olar, lakin, əsas səngər əldən verilsə məğlub olmaq olar. Bizim də dil məsələmiz əsas bir məsələdir.”

22 may birinci dəfə olaraq tarixi danılmış, mədəniyəti talan olmuş milləti öz adilə səsləmək dərsini verərək dünyada yaşayan azərbaycanlıların ürəyində soy-kökünə inancı aşılamaq bacarağına sahib çıxdı. Onları həmrəyliyə səfərbər etdi.

Siyasi öndərimiz M.Ə.Rəsulzadənin dilin nə qədər onəmli olduğunu anladan aşağıda gətirdigimiz elmi nəzəri 22 mayda verilən “Haray-haray mən türkəm!” şüarının siyasi və sosyal onəminə yaxşı bir örnəkdir:
“Millətin ümdə rüknünü təşkil edən dildir. Dil, adətən hər bir millətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücüdə gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilər də əsil bunun üçündür ki, təmsil (assimilssion) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edirlər”.(M.Ə.Rəsulzadə)
Dil millətin siyasi-sosyal həyatında ən mühüm məsələlərdən olduğu üçün Fars-islam rasistləri bizi, dirilərlə Fars və ölülərlə Ərəbcə qonuşmağa məcbur edirlər. Bu yırtıcı mədəniyyət düşmənləri o qədər quduzlaşıblar ki gəmidə oturub gəmi gözü çixartmaq istəyirlər.

Bunlar ölümüzün bildirişinin ana dilimizdə olmasına və yeni dünyaya göz açan körpələrimizin belə adını türkcə qoymağa icazə vermirlər.

bizi heyrətləndirən də budur ki hakim millətə çevrilən Fars opozisyunu da bu kulturəl qırqınlara şahid olsa da ağzına su alıb öz dinməzliyi ilə istər-istəməz onlarla razılığını bildirir.Onlar 22may da :
“türk dılındə mədrəsə Olmalıdır hər kəsə “ şüarını eşıdərkən damğa vurmaqdan başqa bir internasyonalisti vəzıfədən başa düşmürlər. Onlar bu neçə ildəki təbliğatlardan etki alaraq üstünluk xəstəlıklərini aşkara çıxardıb unudurlar ki bu istək Türk millətı üçün tarixi bir istəkdir.
1945-46-cı illərdə dilin milli hərəkatda olan böyük rolu daha inamla dılə gətirilirdi.

Pişəvəri gəlişmiş millətlərə çatmaqda dilə böyük onəm verərək,64 il öncə yazirdi:
Xalqımızın danışdığı dil də fars dəgildir. Ona görə çalışırıq ğz dilimiz ilə xalqımızı dünyanin mütəməddin xalqlarının məqamına yetirək”
belə bir siyasi xadimin başçılığı altinda olan milli hərəkat iştıralşılari ana dilinə olduqca onəm verirdilər.
Gərçe illər boyu dövran biz ilə kəc getdi,
Qanə döndərdi mənim atəşe-hicran dilimi.
Qoy gül açsın ana yurdum, ona gülsun bu elim,
Eyləsin eşq ilə qoy indi gülüstan dilimi.(Mir mehdi Çavuşi )



Hadisələr qarşısında milli vəzifəmiz!

Hörmətli iclas iştrakçıları!
** Təşkılat!
Bizim önümüzdə duran gün məsələmiz təşkılatlanmaq dir. Bu Təşkilatin ana xətti milli şüuru talan olmuş millətin öz içində becəridilmiş manqurt lari tanimaq və onunla düzgün yanaşmaq və çevrəni o mikrubdan təmizləmək dir. Bu manqurtlar Fars-islam sistiminin türkə qarşı çeşidli maharibəsinin pesikolujik qolunu təşkil verir. Manqurtunan düşmənin arasinda ortaq bir şey var oda onlar nə qədər Farsi savad və kulturundan faydalaniblar o qədər millətə xətərləri çoxdur. Milli ruhu ,varliğı dağıdan və xora kimi yiyən mikrubdur.Manqurt hər yerədə olursa olsun irqıçı sistimin künüllu qan tükənidir.milli kultur və milli şəxsiyyətlərinə damğa vurub milli toplumlarda nifaq salib dirçəlişə əngəl olmaq onun üçün fəxr edici bir bacariğidır. Təşkilatint ilkin addımı milli şüur, ictimai bilik,sədaqət və dostluqa dayanaraq adi yığvalar yaratmaqdır.Belə bir toplumda əgər milli dil, milli mosiqi və milli ənənələrə dəyər verilib və ürəyimizin dərinliyində yer qazanırsa təşkilatin təməl daşı qoyulmuş anlamındadir.Təşkilatlanmaq çevrəmizdə olan hər bir varlıq kimi muəyyən bir prosesin məhsuludur.

milli, mədəni şüurun nə olduğunu bilməyən, şəxsi qazanc üçün gündə min dona girən adamcığazlardan təmizlənməsi Milli mubarizəmizin yüksəlişini əks etdirən milli kimlik hərəkatının irəliləməsinə yardım edəcəkdir.

Pişəvəri azadlığı və azadıxahlığı ğzlərinə dukan qayirib hər bir qorultay və toplumlarda qazanc dalısıca qacanlarin həqiqi simalarını açıb güstərməyi vacib sayaraq yazirdi:Təzahurçi,luğa və yalançi pəhləvanlardan pərhiz edin,xəlqin mal,can və namusuna güz tikən pıs ünsürləri əvvəldən içinizə yol verməyin,qorxaq,iki üzlu,..adamlardan qaçın ,bunlar sizi yari yolda qoya bilərlər.

**- Birlik ana xətimiz olmalidır!

Milli dirçəlişlər yalniz milli zulmun olmağı ilə başlanmır. Düşmənin məğlubiyəti yalnız məhkum millətin milli şüur əsasinda yaranan qorxmaz və ağılli təşkilat ilə mumkun olur. Milli hakimiyəti qorumayan Təşkilatın olmamağındandir ki , bu gün keçmişin ən adlım millət və dövlətlərinin bir çoxundan təkcə quru bir ad qalıbdır. Bunlar milli varlıqlarını, milli dövlətlərini qorumaq hünərini başa düşmədən aldanıb əvvəl milli dövlət, milli dillərini əldən veriblər. beləliklə onlar hakim olan rasist dövlətlərin siyasəti və soy qırımları ilə tarix səhifəsindən ya siliniblər və ya biz türklər kimi silinmək təhlukəsi ilə üzbəüz qoyulublar. Baxın öz çağının ən qodrətlisı olan Xəzər türklərinin taleyinə.!! Millət asımılya,milli əritməyə təslim olan çağdan millət anlamını əldən veririb məhv olmağa başlayirsa,birliyə,həmrəyliyə və milli şüura can atan an dan milləti təmsil edir.
Milli hərəkatin nə anlamda olmasını başa düşdüyümüz çağdan,məsuliyyətimiz daha artır.eləbuna gürə heç bir təşkilati və şəxsı sahib olduğu əqidə və ya milli hərəkata tütduğu takyıkə gürə kənara atmaq haqqımız yoxdur. Əgər “nifaq”lara və “mənə nə varlara” təslim olursaq aci və belsındıran təcrubələr tıkrar olacaq:
“Ruslar Gəncəyə oldu həvalə
Doguşdu Cavad xan,gəldi zəvalə
Gəlmədi Azərbaycan bu qilü-qalə.
Nə bir kömək Şəki,Şirvan rylədi”Tanıtan qəzeti,No. 13.”
Birlik tarix buyu siyasi xadimlərin aba fikiri olubdur. M.Ə.Rəsulzadə, Səttarxan,Xiyabani,Pişəvəri, Elçi bəy, Heydər əliyovlar birlik və həmrəylik carçıcı olublar. Bizim qurtuluşumuz milli birlikdədir.bötüv azərbaycandadir. H. Cavidin bu şeri milli hımımız olmalidir:
Səni qurtarsa qurtarar birlik,

çünki birlikdədir fəqət dirlik!
Bu birlik,Bütöv Azərbaycana inanmaq və onun bu günədək çətin çağlarinda əsl mənada ovladlığına fəxr edən və düşmənın qabağında sildirim qaya kimi dayananlara sayqi güstərməkdir.
Keçmiş yüz ildə N.Nərimano,Səttar xan,Xiyabani,S.C. Pışəvəri,Ə.Eiçı Bəy,H.Əliyev və İlham Əliyevdir.Bunlarin hər birisi milli tariximizin ağır günlərində bütün varliqlari və bacariqlari ilə milli kimliyimizin müdafiəsinə can atiblar. Bunlar bizim milli dövlətçılıyimizin unudulmaz şəxsiyyətləridir. Milli birlik ,cuğrafiyai və tarixi şüur olmadan istiqlal olmaz.

**Quzey Azəbaycan gəriçi fars rasistlərinin milli mədəni zülmü altinda qalmağa görə bir millətə hər durumda yaşamaqindan və harda sürgün və avara olmağından asili olmayaraq lazim olan milli arşıv qabiliyyətindən məhrum qoyulub. Başımıza vurub farsca yaramaz dərsləri oxumaqa məcbur edilən kimi ,yazib yaratmaq böyük suç sayilib və ağır cəzəlandirmaqlar bu milləti başına gətirilən faciələri yazib və onu tarixi səndləşdirmək kimi lazim olan bir şeydən məhrum edibdir.Beləliklə görürük ki bizim Xoy, Urmu, salmas və ... soy qırimlarindan ,Məşrutiyyət,Xiyabani, milli hökümət və 1339ci il və 1356-ci illərin qanda buğulan ayağa qalxmalarindanvə fars- islamin gündəlik faciələrindən sənədləşmış arşıvımiz ya yoxdur və ya olmamaq həddində dır.Bilirəm ki hələdə Ciluvluluq soy qırimindan sinələrində xatirələr olanlarimiz az olsada vardir. Bunlarin yaşi 80 dən yoxaridir. Gəlin qoymayaq bu millətə rəva gürülən haqsizliqlar külə dunsun. Bunlarin səsini yazmaq yaddaşlarinda qalan yerlərdən film, şəlik hazırlamaq,qirqina məruz qalanlarin və onlarin ailələrinin aci talelərini,adlarini yazmaq milli burcdur.Bizim Tarixi,mədəni,coğrafiərazısı,mili xarakter,din,soykökü və dövlətçılıyımızı təmsil edən siyasi şüur birliyimiz olmalidir. Bunlarin hamisi arasi kəsilməz araşdırmaq, səndləşdirmək və siyasi təşkilatlaşmaqla əldə edilir.Bu günu əldən verirsək sabahin peşmanlığı bərə bitirmə.

**-milli hərəkatin kütləvi halına gəlməsının məhək daşı qadinlarin iştırakidir. Buna gürəki Millətin milli ,siyası tərbiyəsi ailədən və uşaq bağçasindan başlanir.

Pişəvəri bunlari nəzərdə alaraq yazırdi :
“millətin özü tərbiyə olunmadan,siyasi cəhətdən inkişaf etmədən hər nə desək, hər nə yazsaq, təsirsiz olacaq. ”
Milləti ana və milli məktəb tərbiyə edir.Bu istəkə əl tapmaq üçün gərək millətin şəfli,qorxmaz, milli şüurlu çalışqanlari ilə milli düvlət yaratmaq üçün bir araya gəlmək hünərinə sahib olmaq.Güneydə bu gün qadin və qızlarimizin içində fəxr edici yaziçi,şair və siyasi biliklilərimizin olmasi onudulmazdir. Amma bilməliyik ki bir güllə yaz gəlmir.inaniram ki 1925 dən başlayan milli zülmun zəhərli oxlari ilk nubədə qadinlarimizi nişanə edibdir. Bizi bizdən yaxşı taniyan düşmənlərimiz bilirdilər ki tarixin ən dərinliklərindən gəlıən sözləri qadinlarimiz özlərinin hər sahəli çalışmalarinda güstərmişdirlər. İnaniram ki ayiq-sayiq analarimiz və qşzlarimiz Sahirin səsini eşıtməkdədirlər. 22 may da kişilərlə bir səngərdə olan qadin və qızlarimiz bunun danilmaz örnəkdir.
Ey qadınlar, analar,bircə açın pəncərəni,
subh açılmaqdadı,sübhün yeli bağlarda əsir

**Təbliğ və Əks təbliğ

Öz Əsrinin zəngin kültür və ədəbiyatına malik olan və təbliğatın nə qədər önəmli olmasını dünyada isbat etmək ərəblərə məxsusdur. Alim və siyasi xadim dostum Arif Rəhimoğlu özünün dəyərli və samballı əsərində- “siyasi təbliğatın əsasları”nda yazır:
Ərəb dilinə məxsus üç samitli blğ kökündən-bələğə “Çatdırmaq, xəbər vermək” felindən törəmiş təbliğ ( ərəbcə cəmlik bildirən-at şəkilçisi artırmaqla- təbiğat)sözü Azərbaycan türkcəsində “HƏR HANSI BİR FİKİR, DÜŞÜNCƏNİ YAYMAQ, ANLATMAQ, BİLDİRMƏK” mənasinda işlədilməkdədir.

Təbliğatın nə qədər önəmli olmasını bilmək üçün yalniz bu yetərlidir ki, alimlər və sosiologlar bizim əsri “ təbliğat dövrü “ adlandırıblar. Siyasəti “nənə-bac tanımayan” və təbliğatı “yalançılıq ”adlandıranların əksinə bu gün güneydə bizim milli mədəni hərəkatımızın yüksəlişində, güzeydə milli hakimiyyətimizi qoruyub gəlişdirməsində ən önəmli rol oynayan təbliğat hünəridir.

Fərid Qalaycıoğlunun “propaganda və ajitasuon” adli əsərində qeyd etdiyi kimi ”Təbliğat psixo-sosial sahədə ən təsirli vasitədir. Təbliğat bir inanc, bir ideal və ya bir iş və təşəbbüsdən gözlənən məqsədi əldə etmək, bunlar uğrunda bir söykənəcək qazanmaq üçün sistemli bir biçimdə yapılan təsirdir.”
Təbliğatı başa düşməyən siyasətçilər onu burjuai bir iş bilməklə hər bir imkanatı quldurluqla ələ keçirən rəhmisiz düşmənin əlini açıq qoyurlar.

İnanıram ki, milli hərəkatımızın tutdugu həqq yolunu və mili və mənəvi haqsızlıqlara məruz qalan millətimizin həqqaniyyətini asimiliyaya məruz qalan, tarixi, siyasi, coğrafiyai, kültür şüurundan məhrum olunan özümüzünkülərə isbat etmədən və onların bu tarixi kərvana qoşulmağının nə qədər önəmli olmasını anlatmadan irəli gedə bilməyəcəyik.

Çox zamandan bəri milli azadlıq hərəkatında və ... öz etkisini -təsirini göstərən təbliğat hünərini hər tərəfli örgənib, öyrətmək və onun əməldə mühüm rol oynadığını bilmək bizim üçün çox vacib bir elmdir.

Qadınlarin, uşaqlarin və ictimai bir problemə çevrilən “xiyavan uşaqlari”nin ,işçılərin höqüqündan ,təbiətin yaşıllığından, mudafeə etmək və ictimai ədalətin gərəkliyini geniş sahədə təblığ etmək hər bir milli hərəkatçının ilkin vəzifəsidir.

4-milli hərəkatimizda keçən dartışmalar ,tarixi olaylarin aci nəticələrini güz önünə çıxartmaq bizə su və hava kimi lazimdir.Elə bu prosesdədir ki milli siyasi xadimlərimizə damğa vurmaqda düşmənin əlini dalidan bağlayan manqurtlarinnan,elmi və milli tənqidçılərin səfi ayrilir. milli hərəkatimiz əngəl siyasilərdən yaxasını qortararaq siyasi xadimlərini gözbəbəyi kimi qurumaqla milləti qəhrəmanlar becərtmək gücünə malik edir.

**-Siyasət od yandırıb, fırtına salmaq və mal-dövlət dalısıca gəzmək yeri deyil.

Türk dövlətçiliyi və onun siyasi xadimlərinin həyati, bu düşüncə və milli əxlaq və ruhu ilə tanınır.
Ölçüb- biçmədən siyasətə əl vurmaq, əli yalin bir savaşa getmək qədər təhlukəlidir. Savaşda bir neçə min insan ölürsə tarix istəyinə boyun əyməyən savadsız iddealilar milləti dəfələrlə ölməyə yünətirlər.

**-millətini tanımayan ,onun milli adət,ənənə, ağız ədəbiyyatina və əsatiri görüşünə biganə olanlar yeniyetmələrin surğu-sualına elmi və məntıqı cavab vermək əvəzinə sözü girdələmək üçün təşkilatin qabağında bir maneəyə çevrilərlər.belə bir adamlar şəxsi qazanclarina qul olaraq göndə bir təşkilat və oyun bazliqlar yaratmaqla milli hərəkati etibardan salarlar.Başqa sözlə desək hər bir siyasi,ictimayi milli toplum öz öyələrindən siyasi əxlaq və şəraftlə yaşamağı istəməzsə mili istəklərinə çata bilməz. Evimizi təmiz saxlamaliyiq.

**-Siyasi çalışmada nə büdrəməyən siyasi xadim tapılar və nə tarıxın ot basmış cığırlarından yeni yolun yolçusu olan iştibahsiz siyasi təşkilat. Onlar millətin şərəfli övladı və siyasi xadimi kimi tanınırlar ki,çətinlıklərə diz çokməyib var quvvələrilə iştibahlarin təkrar olmasi ilə amansız mubarizə etsinlər.Milli hərəkatin gucu butun millətin iştiraki ilə anlanilir. Elə buna gürədə biz muxtəlif fikir və ideolugilarla qurtuluş yolunda olanlara hörmətlə yanaşıb və bir-birimizi tənqid etməklə həqiqətə yol tapmalıyıq.

Dünyanin isti- suyuqunu gürən S.C. Pişəvəri siyasi və ictımai təcrubələri nəzərdə alaraq yazirdi:
“Nöqsandan qorxmamalı, nöqsan rəf etməgə çalışmamaq qorxuludur. Nöqsan həmişə olacaqdır. Onsuz ictimai iş olmaz. Lakin onu rəf etmək, ondan ibrət almaq, onun təkrarına yol verməmək işin əsas şərtlərindəndir.”
Siyasi olmaq istəyən hər bir Azərbaycan türku öz şəxsi yaşamını siyasi-ictimai inanc və əqidəsinin uyğunluğu ilə tarixdə səpt edir.

**-Millətlərin bir-birilə qonşuluğu öz istək və seçib, bəyənməklə olmadığı üçün onlarla dil tapıb sulh və dostuqda yaşamaqı qurumaliyiq
Milli azadlıq və gəlişmə arzusu ilə yaşayan Millətimizə barış və dostluq ən lazım olanlarımızdandır. Dost nə qədər çox olsa, yenə də azdır, düşmənin biri də çoxdur. Bu hər bir millətsevər üçün kutsal hədəf olmalıdır. Amma özgə dayçasına minib Azərbaycan topraqlarında at gəzdirmək xüliyasi belə asanlıqla əməli olmur. Biz ,ipə-sapa gəlməyənləri nəzərdə alaraq deməliyik ki: Qurdun güzünü qorxudan olsa dəyənəkdir.

Tarix və elm heç bir milləti xain, tülku və ya igid millət tanımır.məllətlər öz əkdiklərini biçirlər. O millətlər tarixdə uğurlu və başarili olurlarki zamanla ayaqlaşırlar.

**- Türku alçaqlamaq üçün rasist dövlətin rəsmi siyasəti əsasinda işlənilən “Qövm” ,”azlıq”, “Azəri”...kimi vajələrini gündəlik yaşamdan silib və onların siyasət və ədəbiyyatda işlənməsinin qabağını almalıyıq. Başardıqca rəsmi gürüşlərdə və toplumlarda xain dövlətin yaydığı “far-türk“u yox ,bəlkə analarimizdan eşıtdiyimiz təmiz,əsil türkcə danişıb və hər söz başı farsi bir beyt gətirməkdən ozaq gəzək.Təmiz ana dilində danışmaq milli mədəniyyətin əsil təblığı deməkdir.
22 may ideyası dövlət maşınını, kültur və sənət ocaqları, kəndləri də öz etkisi altına almalıdır.

Dövləti bir fikirdə və ayrılmaz görmək onu əbədi bilmək qədər xətadir. Siyasi təcrübə nişan verir ki, ən qəddar hakimiyyətlərdə vəhətta onların işkəncəgahlarında da milli və şərəfli şəxslərin olmaqi mümkünsuz deyil. Millətləşmə prosesinin indiki durumda kultur sahələrində geniş zəminəsi var. Türk mədəniyyət və incəsənətində qiymətli abidələri o qədər çox və samballıdır ki, onu axtarmağa belə ehtiyac duymursan.Biz yer kurəsinin az tapılan millətlərindənik ki, dünya səviyəsində boşqaba qoymalı saysiz abidələrimiz olsa da, ya onun təbliğinə ehtiyac duymuruq və ya da onu bacarmırıq. Məncə layiq bacaranlara da sahibiz. Örnək üçün bu son illərdə ”bütöv azərbaycani nəzərdə alaraq ”musiqi ədəbiyat və ... sahələrdə dünya şöhrətinə layiq olanlarimiz az olmayibdir. , parlaq ulduzlarımız az deyi. Bu başarı qüzeydə çətinlikləri az olmayan milli hakimiyətimizin diqqəti və plani əsasinda olsada fars-islam gəriçilərinin əlində əsir olmuş günüydə ki başarılar millətin hələlik adsiz-sansiz xadimlərinin ağlasiğmaz bilik,fədakarlıq və inamlari, nəticəsində əldə edilibdır.

Biz bu zəngin milli varlığımızı təbliğ etməklə düşmənin bizə qarşi yaratdiğı pıs və yaramaz fıkirləri kəsərdən salaraq türkün zəngin mədəniyyətini qəzavətə qoyuruq.Azərbaycan səhnəsində başarilarla 1907 ci-il də yaranan “Leyli bə Mənun operasi” və “koroğlu” və “o olmasin bu olsun” kimi şah əsərlərın misli hələdəki qunşi ölkələrdə və ocumlədən üstunluk xəstəliyinə düşən Farslar da tapılmayan bir milli hünərdır. Məncə A 2000cı ildə İran İslam Tv sinin sifarişi ilə Ermənistan filarmonik orkesterinin Xəlic fars ad da Farslar üçün bir bic səmfoni hazirlamasi rasisti siyasətlərinin farslar üçün ən aci mevəsi və böyük xəyanəti dir. Biz bunlari açıqlamaqla onlarin içində olan demokratik fikirli insanlara yardimci ola bılərik.

Belə belə çalışmalar istiqlalın daş çanqılli yolarinin məşəli dir. Bu məşəli yolumuza tütan qollar nəqədər güclu olursa bu kərvana qoşulanlar o qədər dizi qeyim olacaqlar.

Bu çalışmalar,dırənişlər mili yolun yolçularını birliyə ,həmrəyliyə aparacaqdır.
“22 may” ayağa qalxması, türkün siyasi, milli şəxsiyyətlərinin əli ilə tarix tarlasında səpılən sağlam toxumun fidanıdır. Bu fidanların çiçəklənib vətənin uzun sürən xəzanına son qoymaq və Erməni işğalından qortaran Cıdır düzündə bütov Azərbaycanın milli şənlik qurultayı arzusu ilə!

Menbe:
http://21azer.azersayt.com/blog.html?page=comments&member=21azer&newsid=105215

Uyghuristan

Freedom and Independence For Uyghuristan!

FREE UYGHURISTAN!

FREE UYGHURISTAN!
SYMBOL OF UYGHUR PEOPLE

Blog Archive